Açıq Saatlar

10:00-20:00

Bizimlə Əlaqə

+994552200009
Əsas şəkil

Azərbaycan nefti bahalaşıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,1 ABŞ dolları, yaxud 0,15 % artaraq 67,27 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,37 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,08 ABŞ dolları və ya 0,12 % artaraq 65,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Xəbərlər

Ən Son Xəbərlər

Image

Möminə xatun türbəsi bərpa olunacaq....

Naxçıvanda Möminə Xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev b...

Image

COP29 sədrliyi komandası XI Nevski Beynəlxalq Ekoloji Konqresində iştirak edəcək. "R....

COP29 sədrliyi komandası XI Nevski Beynəlxalq Ekoloji Konqresində iştirak edəcək. "Report" xəbər ...

Image

Azərbaycan nefti bahalaşıb.....

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,1 ABŞ dolları, yaxud...

WhatsApp

Kömək Lazımdır?