COP29 sədrliyi komandası XI Nevski Beynəlxalq Ekoloji Konqresində iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Forum iqlim və ətraf mühit məsələləri üzrə regional əməkdaşlığı gücləndirmək üçün böyük imkan yaradır", - paylaşımda bildirilib. Qeyd edək ki, Sankt-Peterburqda mayın 22-23-də keçiriləcək konqresin əsas tədbiri "Yeni reallığın ekologiyası: çağırışlar və imkanlar" adlı plenar iclas olacaq.
COP29 sədrliyi komandası XI Nevski Beynəlxalq Ekoloji Konqresində iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Forum iqlim və ətraf mühit məsələləri üzrə regional əməkdaşlığı gücləndirmək üçün böyük imkan yaradır", - paylaşımda bildirilib.
Qeyd edək ki, Sankt-Peterburqda mayın 22-23-də keçiriləcək konqresin əsas tədbiri "Yeni reallığın ekologiyası: çağırışlar və imkanlar" adlı plenar iclas olacaq.